Dünyanın ən böyük aysberqi bir gündə 2,5 santimetr əriyir

Avropa Kosmik Agentliyinin (AKA) tədqiqatçıları dünyanın ən böyük aysberqinin gündə 2,5 santimetr əridiyini müşahidə ediblər. Onun bundan əvvəl iki hissəyə bölündüyü bildirilir.

Tədqiqatçıların son peyk şəkillərində A-68A aysberqinin bir neçə hissəyə bölündüyü, iki böyük buz parçasının əsas hissədən qoparaq açıq okeana üzdüyü əks olunub.

“Haytek” xəbər verir ki, alimlər bu məlumatlardan istifadə edərək təkcə aysberqin yolunu deyil, həm də onun formasını və kütləsini izləyiblər.

Tədqiqatçılar bu prosesi, aysberq kilinin dənizin dibinə toxunması, habelə güclü şirin su axının onun formasına təsiri ilə izah edirlər. Hələlik obyekt haqqında daha dəqiq məlumatlar söyləmək çətindir. Aysberqin nə qədər yaxından keçəcəyi onun kilinin dərinliyindən asılıdır.

Bununla belə, qrup ilk dəfə olaraq CryoSat ЕКА peykinin radiolokasiya hündürlükölçəni ilə müəyyən edilmiş ölçülər əsasında aysberqlərin ilkin qalınlığının xəritəsini tərtib edib. Bu ətraflı xəritədən göründüyü kimi A-68A aysberqinin əvvəldən ən qalın yeri haradasa 232 və 285 metr olub. Aysberqin ölçüsünün bir müddətdən sonra azaldığına görə, belə qənaətə gəlmək olar ki, o, hər gün 2,5 santimetr itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Qaxariyanı təbrik edib

Sonrakı məqalə

Korifey bəstəkarımız Üzeyir Hacıbəyovun Şuşada dağıdılmış evi –