Dünyanın ən qocaman ailə cütlüyü- Toylarının 80 illiyini qeyd ediblər

Dünyanın ən qocaman ailə cütlüyü – 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta nikahlarının 80 illiyini qeyd edib.

Con həyat yoldaşı Şarlottanı ABŞ-ın Texas ştatındakı Lonqhorn şəhərində keçirilən təntənəli mərasimə 1920-ci il modelli ikiyerlik avtomobillə gətirib və ona ilk görüşlərində olduğu kimi, gül dəstəsi hədiyyə edib.

Con və Şarlotta 1934-cü ildə Texas universitetində tanış olublar və 1939-cu ildə ailə həyatı qurublar.

Dekabrın 16-da ailə cütlüyünün ümumi yaşı 211 il və 175 günə çatıb. Onların sözlərinə görə, uzunömürlülüyün və xoşbəxt ailə həyatının sirri mülayimlikdə və qarşılıqlı məhəbbətdədir(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elektrik qatarlarının marşrutu Ağstafayadək uzadılacaq

Sonrakı məqalə

Rusiya Təhlükəsizlik Şurasının katibi İrana gedəcək