Dünyanın 80 “ən yaxşı ölkəsi”…- Azərbaycan necənci sıradadır?

Baş ofisi ABŞ-da yerləşən “U.S. News & World Report” adlı media şirkəti “BAV Group” və “The Wharton School of the University of Pennsylvania” ilə birlikdə 2019-cu ilin “Ən yaxşı ölkələri”nin siyahısını açıqlayıb.

APA-nın “usnews.com” saytına istinadən xəbərinə görə, siyahıda yer almış dünyanın 80 ölkəsi arasında Azərbaycan da yer alır.

Siyahı dünya üzrə 20.000 dən çox müxtəlif ölkə vətəndaşları ilə aparılmış sorğu əsasında müxtəlif kriteriyalar üzrə, o cümlədən vətəndaşlıq, mədəni təsir, sahibkarlıq, biznes üçün açıqlıq, güc, həyat səviyyəsi kimi meyarlar əsasında hazırlanıb.

Təqdirəlayiq haldır ki, ölkə gücünün qiymətləndirilməsində Azərbaycan bir çox aparıcı ölkələri geridə qoyaraq 45-ci yeri tutub. Gücün qiymətləndirilməsi zamanı lider, iqtisadi baxımdan təsirli, siyasi baxımdan təsirli, güclü beynəlxalq müttəfiqlik və güclü silahlı qüvvələr amilləri nəzərə alınıb. İqtisadiyyatın inkişaf tempi baxımından isə ölkəmiz 35-ci yerdə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN media nümayəndələrinə xəbərdarlıq etdi

Sonrakı məqalə

“Oskar” mükafatına ən şanslı nominantlar