Dünyanın ən zəngin və xoşbəxt ölkələri- SİYAHI

Dünyanın ən zəngin ölkələri adambaşına düşən gəlir baxımından çox yüksək göstəricilərə malikdir. Lakin həyat məmnuniyyəti səviyyəsinə nəzər saldıqda, bəzi varlı ölkələrin gözləniləndən aşağı nəticə göstərdiyi müşahidə olunur.

Valyuta.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun alıcılıq qabiliyyəti pariteti üzrə adambaşına düşən ÜDM göstəricilərini “World Happiness Report” hesabatının xoşbəxtlik indeksləri ilə müqayisə edir.

ÜDM-ə görə dünyanın ən zəngin ölkələri

Adambaşına düşən ÜDM (PPP) üzrə siyahıya 206 min dollardan çox göstərici ilə Lixtenşteyn başçılıq edir. Ondan sonra Sinqapur və Lüksemburq gəlir. İlk onluqda İrlandiya və Makao Xüsusi İnzibati Rayonu kimi qlobal iqtisadi əlaqələri güclü olan kiçik iqtisadiyyatlar da yer alır.

2026-cı il üzrə adambaşına düşən ÜDM:

Lixtenşteyn – 206 min dollar

Sinqapur – 162 min dollar

Lüksemburq – 155 min dollar

İrlandiya – 151 min dollar

Makao Xüsusi İnzibati Rayonu – 137 min dollar

Qətər – 131 min dollar

Qayana – 118 min dollar

Norveç – 110 min dollar

İsveçrə – 100 min dollar

Bruney – 97 min dollar

“World Happiness Report” hesabatına əsasən, xoşbəxtlik reytinqinə 7,74 bal ilə Finlandiya başçılıq edir. Onu Danimarka və İslandiya izləyir. Şimali Avropa ölkələri bu siyahıda mütəmadi olaraq yüksək nəticələr göstərir.

2025-ci il üzrə xoşbəxtlik indeksi:

Finlandiya – 7,74

Danimarka – 7,52

İslandiya – 7,52

İsveç – 7,35

Niderland – 7,31

Kosta-Rika – 7,27

Norveç – 7,26

İsrail – 7,23

Lüksemburq – 7,12

Meksika – 6,98

Diqqət çəkən məqamlardan biri də Kosta-Rika və Meksikanın adambaşına düşən ÜDM göstəriciləri bir çox Avropa ölkələrindən aşağı olsa da, xoşbəxtlik indeksində ilk onluqda yer almasıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.