“Ötən gün biz Anım Günü keçirildi və qarşıda ölkəmizi “Zəfər günü” bayramı gözləyir. Azərbaycan xalqını bu günə kimi belə təqvimi yox idi”.
Bunu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov bildirib.
Onun sözlərinə görə, Ordumuz 44 gündə hər gün irəli gedib: “Düşmən arxayın idi ki, yüksək hündürlüklər onlardadır və Azərbaycan Ordusu qalib gələ bilməyəcək. Onlar hətta düşünürdü ki, 2016-cı ilin aprelində Azərbaycanın işğaldan azad etdiyi əraziləri də geri ala biləcəklər. Amma ordumuz sədləri yardı, yüksəklikləri ələ keçirdi və qələbəni qazandı”.(APA)