“Düşmənlərimizi yer üzündən silmək üçün hər şeyi edəcəyik”- MEDVEDEV

“Ukrayna Rusiyaya və bütün sivil dünyaya meydan oxumağa çalışır, lakin Moskva düşmənlərinin əbədi olaraq yer üzündən silinməsi üçün hər şeyi edəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedev vəziyyəti 80 il əvvəlki hadisələrlə müqayisə edib: “Kiyev rejimi Qərbin dəstəyi ilə təkcə Rusiyaya deyil, bütün sivil dünyaya meydan oxumağa çalışır. Biz hər şeyi edəcəyik ki, 80 il əvvəl olduğu kimi, düşmənlərimiz əbədi olaraq yer üzündən yox olsunlar”.

O xatırladıb ki, yanvarın 27-də Leninqrad blokadadan tamamən çıxmasının 80 ili tamam olur: “Blokadanın götürülməsinin ildönümü bütün ölkə üçün mühüm tarixdir. Bundan başqa, o, İkinci Dünya müharibəsinin ən dəhşətli faciələrindən və Sovet xalqının ən böyük şücaətlərindən birini xatırladır”.

Eyni zamanda, Medvedev vurğulayıb ki, sovet xalqının şücaətinin xatirəsini diqqətlə saxlamaq Rusiyanın vəzifəsi olaraq qalır. Onun sözlərinə görə, bu hadisələr neofaşizm qüvvələrinə qarşı mübarizədə cəsarət və möhkəmlik mənbəyidir.

Azpost.info

Əvvəlki məqalə

Himayədar valideyn olmaq istəyənlər üçün hüquqi prosedur müəyyənləşib

Sonrakı məqalə

“Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradıldı –