E-imzanın şəxsiyyət vəsiqələrinə tətbiqi- Hazırlıqlar başa çatıb

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza (e-imza) sertifikatlarının inteqrasiyası üzrə aparılan hazırlıq işləri başa çatdırılıb.

Bunu “APA-Economics”ə “Idrak Technology Transfer” şirkətindən deyiblər.

Şirkətdən bildirilib ki, bunun üçün nəzərdə tutulan proqram təminatı hazırlanıb.

“Layihədə iştirakçı qismində çıxış edən müvafiq dövlət qurumları tərəfindən qərar verildikdən sonra inteqrasiya işlərinə başlanılacaq”, – deyə şirkətdən bildirilib.

Hazırda şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların MSXM-də qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir. Yeni qurulacaq Mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Forbes” 2019-un ən nüfuzlu qadınının adını

Sonrakı məqalə

“ANS-ÇM” radiosunun tezliyini almaq istəyən iddiaçıların adı açıqlandı –