Əbülfəz Elçibəyin əkiz nəvələri doğulub

Azərbaycanın sabiq prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.

AzPost bildirir ki, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli paylaşımında bildirib.

Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.

Körpələrdən biri qız, digəri isə oğlandır.

Məlumatı ailənin yaxını Çingiz Özgür “Qafqazinfo”ya təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulublar. Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır.

Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.