"NomadMania” klubunun təsisçisi Harry Mitsidisin rəhbərlik etdiyi beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdama gəliblər. APA-nın xəbərinə görə, səyyahlar Ağdam Cümə məscidi və Çörək muzeyinin qalıqları ilə tanış olublar. Onlara işğal dövründə törədilən dağıntılar və aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

AzPost.az