Ədalət Partiyası qurultaya hazırlığa başladı –Yeni sədr seçiləcək

Ədalət Partiyasının Siyasi Şurasının son iclasında partiyanın IX Qurultayının keçirilməsi ilə bağlı prosedurlara start verilib.

AzPost bildirir ki, bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimov bildirib.

Onun sözlərinə görə, iclasda Partiya Nizamnaməsinin tələblərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Qurultayın vaxtını təyin etmək və müvafiq məsələləri müzakirə etmək üçün aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul olunub. İclasda partiyanın mərhum sədri İlyas İsmayılovun siyasi irsinin davam etdiriləcəyi bəyan olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.