Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib

Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Dəyişikliyə əsasən, nazirlik “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini yerinə yetirəcək.

Nazirlik “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək hüququna malikdir.

Nazirliyin qanunla nəzərdə tutulmuş hallarda siyasi partiyaların fəaliyyətinin dayandırılmasıvə ya ləğv edilməsi barədə məhkəmə qarşısında məsələ qaldırmaq hüququ olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.