Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Əfqanıstan Azərbaycandan “AI-92” benzini almağa başlayıb

User 18 Sentyabr 2025 - 22:00 (Last updated: 18 Sentyabr 2025 - 21:34)
Benzin

Benzin

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 3 ölkəyə (Əfqanıstan, Gürcüstan və Türkiyə) dəyəri 3,532 milyon ABŞ dolları olan 5,407 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin ixrac edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.

Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dolları dəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində 1,093 min ton, Türkiyəyə isə 1,097 milyon ABŞ dolları dəyərində 2,016 min ton “AI-92″ markalı benzin ixrac edilib.

2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-92” markalı benzin satdığı ölkələr:

Ölkələr Miqdar (ton) Məbləğ (min ABŞ dolları)
Əfqanıstan 2297,68 1631,35
Gürcüstan 1093,57 803,77
Türkiyə 2016,56 1096,88

Qeyd edək ki, eyni zamanda bu ilin yanvar-iyul yalarında Azərbaycana 3 ölkədən dəyəri 64,4 milyon ABŞ dolları olan 83 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal edilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 39,3 min ton və ya 1,9 dəfə, dəyər baxımından isə 28,5 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.

2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-92” markalı benzin aldığı ölkələr:

Ölkələr Miqdar (ton) Məbləğ (min ABŞ dolları)
Belarus 14496,86 12610,53
Rusiya 64834,47 48806,75
Rumıniya 3670,04 2978,6

 

AzPost.az

Post navigation

Previous: Joze Mourinyo”Benfika”nın baş məşqçisi təyin olundu
Next: İkinci əl avtomobillər kəskin bahalaşa bilər

Oxşar xəbərlər

Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.