Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Rəşad Məcid APA-ya bildirib ki, iclasda 100-ə yaxın müraciətə baxılıb. Onun sözlərinə görə, indiyə qədər 300-ə yaxın müraciət müzakirə olunub. Komissiya işini növbəti həftələrdə davam etdirəcək. Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.