ƏHD partiyasının sədri Qüdrət Həsənquliyev səs verib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev növbədənkənar parlament seçkilərində səs verib.

ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 329 nömrəli orta məktəbdə yerləşən 38 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Xatırladaq ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.

Əvvəlki məqalə

Saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20.39 faiz olub

Sonrakı məqalə

“Paşinyanın Konstitusiya ilə bağlı bu müqayisəsi söz oyunudur” –