Eks-prezidentin qızının bir milyard dollarlıq əmlakına həbs qoyulub

Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santoşun böyük qızı İzabel duş Santoşun bir milyard dollarlıq əmlakına həbs qoyulması barədə qərar çıxarıb.

TASS  xəbər verir ki, bu barədə “Jornal de Angola” məlumat yayıb.

Qəzet yazır ki, məhkəmə qərarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atıldığını qeyd edib. İzabel duş Santoşun xarici şirkətlər də daxil olmaqla onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.

Əvvəlki məqalə

“ASAN Xidmət”in bir qrup əməkdaşı təltif edilib –

Sonrakı məqalə

“Mövlam Şıxəliyevlə mən bir birimizə nifrət edirik…” –