“El-Klassiko”nun vaxtı məlum oldu

İspaniya La Liqasının X turundan təxirə salınan “Barselona” – “Real” oyununun vaxtı açıqlanıb.

APA-nın məlumatına görə, oktyabrın 26-da keçirilməli olan görüş dekabrın 18-də baş tutacaq.

La Liqa görüşün başlanma vaxtını da müəyyənləşdirib. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Öncədən klublar da matçın bu tarixdə keçirilməsini istəsələr də, La Liqa bununla razılaşmırdı. Yarışın təşkilatçıları həmin gün keçiriləcək İspaniya kubokunun görüşlərinə marağın azalacağını əsas gətirirdi.

Qeyd edək ki, görüş “Nou Kamp” stadionunda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Primakova dedim ki,…Mənim hakimiyyətim Allahla tək qalanda başlayır” –

Sonrakı məqalə

İlham Əliyev Amerika Yəhudi Konfransının icraçı sədr müavinini qəbul edib –