Elçibəyin oğlu:

“Toy etmək barədə düşünmürəm”
15 Sentyabr 2019 - 14:24

“Artıq neçə ildir ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. İşimdən də məmnunam. Bu müddət ərzində hələ ki, heç bir problemlə rastlaşmamışam. Ümid edirəm ki, belə də davam edər”.

Bu fikirləri Modern.az-a  mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev  işdən ayrılması barədə gəzən söhbətlərə aydınlıq gətirərkən deyib. Ərturqut Əliyev şəxsi həyatı haqqında geniş danışmaq istəmədiyini də bildirib: “Hələ ki, ailə qurmaq, toy etmək barədə düşünmürəm. Belə bir şey olarsa, hamı kimi sizin də xəbəriniz olacaq. Ona görə də şəxsi məsələlər barədə geniş danışmaq fikrim yoxdur”.