Elçibəyin oğlu:“Toy etmək barədə düşünmürəm”

“Artıq neçə ildir ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. İşimdən də məmnunam. Bu müddət ərzində hələ ki, heç bir problemlə rastlaşmamışam. Ümid edirəm ki, belə də davam edər”.

Bu fikirləri Modern.az-a  mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev  işdən ayrılması barədə gəzən söhbətlərə aydınlıq gətirərkən deyib. Ərturqut Əliyev şəxsi həyatı haqqında geniş danışmaq istəmədiyini də bildirib: “Hələ ki, ailə qurmaq, toy etmək barədə düşünmürəm. Belə bir şey olarsa, hamı kimi sizin də xəbəriniz olacaq. Ona görə də şəxsi məsələlər barədə geniş danışmaq fikrim yoxdur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Leonid Brejnevin SSRİ-də göstərilməyən müsahibəsi:

Sonrakı məqalə

Süni mayalanma ilə doğulanlar-