Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Ələsgər Məmmədlidən XƏBƏR VAR

Orkhan Ali 05 May 2025 - 13:19 (Last updated: 21 May 2025 - 20:15)
Ələsgər Məmmədli

Ələsgər Məmmədli

“Toplum TV” işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək təqsirləndirilən şəxslər barəsində həbs müddətinin uzadılmaması və axtarış zamanı götürülmüş şəxsi əşyaların qaytarılmasını xahiş ediblər. Bundan başqa, təqsirləndirilən Ələsgər Məmmədli barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət verilib.

Məhkəmə həbslə bağlı vəsatətləri təmin etməyib.

Hakim bildirib ki, axtarış tədbirləri zamanı götürülmüş sübutların içində şəxsi əşyalar varsa, onlar qaytarılacaq.

Məhkəmənin baxış iclası mayın 12-nə təyin edilib.

Xatırladaq ki, ötən il martın 6-da “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

“Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Post navigation

Previous: Penitensiar Xidmətin 200 minlik tenderi ləğv edildi
Next: Sabah hava necə olacaq?

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

qudret bey
  • Sosial

“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat

User 11 Noyabr 2026 - 13:11
Deputat şəhid ailələri, müharibə əlilləri və ehtiyacı olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməsini təklif edib. Milli...
Read more about “Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat
Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var? rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var?

User 11 Noyabr 2026 - 12:53
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib İlham Əliyev
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib

User 11 Noyabr 2026 - 12:37
Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir ukrayna ordu
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.