“Elmira Süleymanova istefa ərizəsi yazmayıb”

_105893050_da1faa1a-c824-4f7e-8e74-1a1dc886a2a3

Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Ombudsman Aparatından yayılan məlumata görə, bu məlumatlar həqiqəti əks etdirmir: “Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəzifəsini icra edir. O, istefa ərizəsi yazmayıb. Bu haqda mətbuatda yayılan məlumatlar yanlışdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir