Elmira Süleymanova istefa verəcəkmi?- "Cənab Prezidentin rəsmi qərarını gözləyirəm”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA-nın məlumatına görə, Ombudsman jurnalistlərə açıqlamasında bildirib ki, işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözləyir: “Sosial şəbəkələrdə adımın hallandırılması başqa bir məsələdir, bu haqda danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üzrə işini davam etdirəcək”

Sonrakı məqalə

Prezident Administrasiyasının məsul işçilərinin noyabrda qəbul günləri