Elon Mask meymunun beyninə çip yerləşdirdi –

Meymun kompüter oyunları oynaya bilir
07 Yanvar 2022 - 11:58

Milyarder Elon Maskın “Neuralink” adlı startapı meymun beyninə çip inteqrasiya etdiklərini açıqlayıb.

Həmin meymun öz fikir gücü sayəsində kompüter oyunları oynaya bilir.

Məsələ ilə bağlı Mask bidlirib ki, bizdə, kəllə sümüyündə kiçik implanta sahib meymun var və o, fikir gücü sayəsində kompüter oyunları oynaya bilir: “Biz istəyirik ki, meymunlar öz aralarında intellektual pinq-ponq oynasınlar”.

O söz verib ki, kompüter oyunları oynayan meymunun videosu yaxın zamanda təqdim olunacaq.