Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya yollanıb. Bu barədə Ağdam təmsilçisi məlumat yayıb. 25 yaşlı cinah müdafiəçisi komandanın Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün səfərə çıxan futbolçular arasında yer alıb. Qeyd edək ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

AzPost.az