Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub

65991781bd6b565991781bd6b6170453184149e3dca27629a57aa476b88a446a77c9

Dünən vəfat edən tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü dəfn olunub.

Əvvəlcə mərhumla Buzovna qəsəbəsindəki evində vida mərasimi keçirilib.

Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edib.

Vida mərasimi bitdikdən sonra mərhumun cənazəsi Buzovnadakı “Əli ayağı” qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü uzun sürən xəstəlikdən sonra dünən vəfat edib(apa).