Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Embawood”un şöbə müdiri “səndən iyrənirəm” deyən arvadını öldürüb

User 22 Noyabr 2024 - 14:53 (Last updated: 21 May 2025 - 20:15)
mehkeme

Binəqədi rayonunda arvadını qətlə yetirən Rəşad Quliyev 1 il azadlıqdan məhrum edilib.

“Qafqazinfo”nun məlumatına görə, ekspert rəyləri ilə Rəşadın cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut edilib.

Təqsirləndirilən şəxsin anket məlumatlarından görünür ki, o, tam ali təhsillidir. Bu hadisəyə kimi “Embawood” şirkətində planlaşdırma şöbəsinin rəisi işləyib. Rəşad 12 il əvvəl Aygül Quliyeva ilə ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı var. Ailənin maddi vəziyyəti yaxşı olub.

Ər-arvad arasındakı mübahisəyə səbəb isə qısqanclıq və bəzi xoşagəlməz hərəkətlər olub. Rəşad ifadəsində deyib ki, Aygül tez-tez onu təhqir edib, sonuncu dəfə hətta onunla yaşamaqdan iyrəndiyini deyib.

Bu narazılıqlarla bağlı sonuncu mübahisədə Rəşad yüksək hiss-həyəcən, stress vəziyyətində arvadını bıçaqla qətlə yetirib.
Təqsirləndirilən şəxsə əvvəl 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham sonradan 122.1-ci (qəfil baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

İşi Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayev araşdırıb. Hakim yekun iclasda təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini bəyan edib. 

Hökmə əsasən, Rəşada 1 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının əvvəli bu ilin aprelindən hesablandığı üçün 5 ay sonra azadlığa buraxılmalıdır.

Post navigation

Previous: “Beynəlxalq Cinayət Məhkəməsi əhəmiyyətsiz qurumdur”-
Next: 10 ayda 500 milyon dollarlıq meyvə və pomidor ixracı –

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47

xƏBƏR

Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06
Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub....
Read more about Motosiklet, skuter və velosiped oğruları ələ keçdi
Neft 130 dollara qalxa bilər – Azərbaycan bundan nə qazanacaq? / TƏHLİL neft iran bazar02
  • İqtisadiyyat

Neft 130 dollara qalxa bilər – Azərbaycan bundan nə qazanacaq? / TƏHLİL

User 22 Oktyabr 2026 - 15:04
ADSEA-nın tabeliyində olan QSC-yə yeni direktor təyin edilib ADSEA
  • Sosial

ADSEA-nın tabeliyində olan QSC-yə yeni direktor təyin edilib

User 22 Oktyabr 2026 - 14:51
Azərbaycan Avropaya elektrik satacaq – Nəhəng layihə nə vaxt reallaşacaq? elektrik xetti
  • Baş Yazı

Azərbaycan Avropaya elektrik satacaq – Nəhəng layihə nə vaxt reallaşacaq?

User 22 Oktyabr 2026 - 14:45
“Donbası versək, Rusiya çoxlu sayda şəhərimizi ələ keçirə bilər” – ZELENSKİ zelenski
  • Dünya

“Donbası versək, Rusiya çoxlu sayda şəhərimizi ələ keçirə bilər” – ZELENSKİ

User 22 Oktyabr 2026 - 14:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.