Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Emi Karlon: ABŞ TRIPP-i geostrateji risklərin azaldılması baxımından mühüm vasitə kimi qiymətləndirir

User 25 Sentyabr 2026 - 14:06 (Last updated: 25 Sentyabr 2026 - 14:06)

ABŞ hökumətinin TRIPP-ə yatırdığı investisiyalar layihəyə bağlılığımızı göstərir.

Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” adlı panel müzakirəsində deyib.

TRIPP layihəsindən danışan Emi Karlon bildirib ki, bu təşəbbüs yalnız bir addan və ya beynəlxalq rifah naminə yaradılmış formal bir layihədən ibarət deyil.

“Yeni bir qurum yaratmağımız, ona investisiya yatırmağımız və gələcəkdə onun iqtisadi baxımdan dayanıqlı olmasını təmin etməyimiz bu məsələyə nə qədər ciddi yanaşdığımızı göstərir”, – o qeyd edib.

ABŞ rəsmisi bildirib ki, layihənin maliyyələşdirilməsinin bir hissəsini 201 milyon dollarlıq fond təşkil edir. Onun sözlərinə görə, fondun əsas məqsədlərindən biri özəl investorların cəlb edilməsidir.

“Bu, özəl sektorun marağının və investisiyalarının bu istiqamətə cəlb olunmasına töhfə verəcək”, – Emi Karlon vurğulayıb.

O, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ İxrac-İdxal Bankının (EXIM) layihənin həyata keçirilməsində roluna da toxunub.

“Bu qurumlar kreditlər və zəmanətlər, eləcə də ABŞ şirkətləri üçün risklərin sığortalanması kimi maliyyə alətlərindən istifadə edə bilərlər. Bununla onlar şirkətlərin bu cür investisiyalar həyata keçirməsinə olan inamını artıracaq və belə layihələrin ilkin mərhələsində yaranan risklərin bir hissəsini öz üzərinə götürəcəklər”, – diplomat bildirib.

Emi Karlonun sözlərinə görə, ABŞ hökumətinin TRIPP layihəsinə ayırdığı maliyyə və sərf etdiyi resurslar Vaşinqtonun təşəbbüsə bağlılığını nümayiş etdirir.

“ABŞ hökumətinin bu layihəyə yatırdığı investisiyanın həcmi, sərf etdiyi vaxt və göstərdiyi səylər, eləcə də layihənin Prezident Donald Trampın adı ilə əlaqələndirilməsi bu təşəbbüsə nə qədər ciddi yanaşdığımızı göstərir”, – o bildirib.

Diplomat əlavə edib ki, ABŞ TRIPP-i geostrateji risklərin azaldılması və regionda etimadın artırılması baxımından mühüm vasitə kimi qiymətləndirir.

AzPost.az

Post navigation

Previous: Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri xüsusi qanunvericilik bazasıdır
Next: Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüş keçirilə bilər

Oxşar xəbərlər

fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53
yaz havasının
  • Sosial

Sabaha olan hava proqnozu

User 09 Noyabr 2026 - 12:10
herbi yurus
  • Sosial

Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

User 09 Noyabr 2026 - 11:30

xƏBƏR

erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında yeni gərginlik təhlükəsinin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Trampa...
Read more about Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?
Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir” ozgur ozel
  • Dünya

Özgür Özəl İlham Əliyevə zəng etdi – “Azərbaycanın sevinci sevincimizdir”

User 09 Noyabr 2026 - 15:01
İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB zavod partl
  • Dünya

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

User 09 Noyabr 2026 - 14:40
Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan erdoqan
  • Dünya

“Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz” – Ərdoğan

User 09 Noyabr 2026 - 14:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.