Ən keyfiyyətsiz yağlar bunlardır
Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi məşhur günəbaxan yağı markalarında ciddi keyfiyyət pozuntuları müəyyən edilib.
AzPost xəbər verir ki, "Solntse Moe", "Kuban" və digər istehsalçıların yağlarında yüksək peroksid göstəriciləri qeydə alınıb ki, bu da məhsulun vaxtından əvvəl xarab olmasının göstəricisidir.
Bundan başqa, "Kuban" və "GREEN RAY" markalarında yağ turşuları tərkibində normadan kənara çıxmalar aşkar edilib. Bu isə ya təbii xammaldan istifadə edilmədiyini, ya da texnoloji qaydalara əməl olunmadığını göstərir.
Ən yaxşı nəticə göstərənlər sırasında "Dobavkin" və "Karolina" kimi markalar olub - bu yağlar həm təhlükəsizlik, həm də tərkibə uyğunluq baxımından şərtsiz testdən keçib.
Mütəxəssislər istehlakçılara yalnız etiketə deyil, eyni zamanda müstəqil test nəticələrinə də diqqət yetirməyi tövsiyə edirlər. Çünki sadə bir şüşə yağ belə xoşagəlməz "sürprizlər" gizlədə bilər. /News24.az
AzPost.az
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...