Ərdoğan 3-cü dəfə prezidentliyə namizəd olacağını açıqladı-VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

Türkiyə lideri bu barədə Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edən zaman bildirib.

Belə ki, qurultayda Ərdoğanın məşhur müğənni İbrahim Tatlıseslə arasında dialoq yaşanıb.

Tatlıses Ərdoğana “Növbəti dövr prezidentliyə hazırsınız, yoxsa yox? Buna cavab alaq”, – sualını verib.

Ərdoğan isə “Sən varsansa, varam”, – cavabını verib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.