Ərdoğan İstanbulda Novruz tonqalını yandırdı, odun üstündən adladı-VİDEO

Prezident Ərdoğan İstanbulda Hz. Əli Məscidində cümə namazını qıldıqdan sonra AK Partiya Türkiyə Dövlətləri Əlaqələri İdarəsinin təşkil etdiyi proqrama qatılmaq üçün Haliç Konqres Mərkəzinə gəlib.

AzPost Anadolu-ya istinadən bildirir ki, burada onu qarşılayan protokol üzvlərini salamlayan və söhbət edən Ərdoğana tədbir haqqında AK Partiya sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr rəhbəri Kürşad Zorlu məlumat verib.

Novruz ənənəsi olaraq prezident Ərdoğanla Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adanla yumurta döyüşdürüb.

Ərdoğan çadırların qurulduğu ərazidə gözləyən türk cümhuriyyətlərindən olan gənclərlə də söhbət edib.

Prezident Ərdoğan daha sonra konqres mərkəzinin qarşısında qurulan tədbir sahəsində məşəllə Novruz atəşini alovlandırıb.

Əvvəlcə Zorlu, daha sonra prezident Ərdoğan alqış sədaları sədaları altında atəşin üstündən atladı.

AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik də Novruz atəşinin üstündən adlayıb.

https://www.youtube.com/watch?v=KrnYQQSrE-Y

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.