Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib. Təbrik mesajı Türkiyə Prezidentinin “X” hesabında yayımlanıb. “Can Azərbaycanın 15 iyun- Milli Qurtuluş Gününü ən səmimi arzularımla ürəkdən təbrik edir, bir millətin iki dövləti, bir ürək daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və məhəbbətini çatdırırıq”,- təbrikdə qeyd olunub.

AzPost.az