Ərdoğan Trampa İranla bağlı üçtərəfli görüş keçirməyi təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İran ətrafında yaranmış vəziyyətlə bağlı üçtərəfli sammit keçirməyi təklif edib.

Bu barədə “Hürriyet” qəzetinin müəllif yazısında bildirilib.

Qeyd edilib ki, bu təklif yanvarın 27-də Türkiyə və ABŞ liderləri arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.

Ərdoğan ABŞ, İran və Türkiyənin iştirakı ilə yüksək səviyyəli görüşün təşkil olunmasını təklif edərək, artan böhran və mümkün hərbi qarşıdurma fonunda diplomatik yanaşmanın vacibliyini vurğulayıb.

“Görüş videokonfrans formatında keçirilə bilər ki, bu da riskləri azaldar və danışıqlar prosesini sürətləndirər”, – bildirilib.

Mənbələrin bildirdiyinə görə, Donald Tramp bu təklifə müsbət yanaşıb və təklifin gələcəkdə müzakirə olunmasına hazır olduğunu ifadə edib.

Bundan əlavə, nəşrin məlumatına görə, bu həftə İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyəyə səfər edəcək. O, türkiyəli həmkarı Hakan Fidanla görüşərək mövcud vəziyyəti və böhranın nizamlanması perspektivlərini müzakirə edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.