Ərdoğanın Blinkenlə müzakirə etdiyi məsələlər açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Entoni Blinkenlə İstanbulda keçirilən görüşündə Yaxın Şərqdə baş verənləri müzakirə edib.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.

“Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasını, girovların azad edilməsini, humanitar yardımın genişləndirilməsini və mülki əhali arasında itkilərin azaldılmasını vurğulayıb. Eləcə də regionda dayanıqlı və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyi qeyd olunub”, – bəyanatda deyilir.

Blinken və Ərdoğan həmçinin İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər. (APA)

Əvvəlki məqalə

Aygün Bəylər süni tənəffüs aparatına qoşulub, vətənə gətirilir

Sonrakı məqalə

Yanvarın 10-undan 13-dək hava qeyri-sabit olacaq, qar yağacaq