“Erməni işğalına son qoyulduqdan sonra dağıdılmış həyatımızı yenidən bərpa edəcəyik”

- Tural Gəncəliyev
23 Dekabr 2019 - 12:56

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında Qarabağ könüllüləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev görüşdə bildirib:

“Bizim parlaq gələcəyimiz, yüksək intellektual sahibləri olan bu gənclər ilə erməni işğalına son qoyulduqdan sonra dağıdılmış həyatımızı yenidən bərpa edəcəyik”.