Erməni keşiş Paşinyana əl vermədi, kilsədən qovdu:

“Allah cəzanı versin!” (VİDEO)
21 Dekabr 2020 - 15:23

Ermənistanın Sünik bölgəsinə səfər edən baş nazir Nikol Paşinyan oradakı kilsədə xoşagəlməz vəziyyətə düşüb.

Azpost.info bildirir ki, yerli kilsənin keşişi Parqev Zeynalyan Paşinyana əl verməkdən imtina edib və Baş nazirdən kilsəni tərk etməyi tələb edib.

Videoda bu kadrlarda görünür ki, keşiş Paşinyanın əlini rədd edir və ona nəsə deyir. Bundan sonra Paşinyan kilsəni tərk edir.

“Sputnik Armenia”ya açıqlamasında Zeynalyan deyib ki, hakimiyyət tərəfdarlarının hədə-qorxularından qorxmur. “Bütün ölkə təhlükədədir, qoy mən də təhlükədə olum”-deyə Zeynalyan vurğulayıb.

Keşiş deyib ki, Paşinyanın əlini şəxsi səbəblərə görə sıxmaq istəməyib. Bunun ölkədə baş verənlərlə bağlı olduğunu deyib.

“Mən Paşinyanın kilsəyə daxil olduğunu görmədim. Kabinetdə idim. Mən ona kilsəyə girməyi qadağan etməmişəm.Dedim ki, Allah cəzanı versin”.

Video yayıldıqdan sonra Paşinyanın Sünikdə olan tərəfdarları keşişi cəzalandırmağa çağırış ediblər və kilsənin qarşısında toplaşıblar.