“Erməni silahlı dəstələri geri çəkilməyə məcbur edilib” –MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA YAYDI

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Əvvəlki məqalə

SWIFT-dən çıxarılma, sanksiya, bloklanma…-

Sonrakı məqalə

“Dağlıq Qarabağ” anlayışı mövcud deyil…Məsuliyyətsiz açıqlamadır” –