2019-cu ilin noyabr ayının 2-də sosial şəbəkələrdə Bakının Səbail rayonu, Dənizkənarı bulvar ərazisi boyunca guya milliyətcə erməni olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışması, qeyri-etik ifadələr işlətmələri ilə bağlı videogörüntü yayılıb.
“Ermənilər Bakıda” başlığı ilə paylaşılan video geniş müzakirələrə səbəb olub.
İTV bildirir ki, araşdırma nəticəsində məlum olub ki, videodakı şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Onlar toy mərasimində iştirak etmək üçün Bakıya gəliblər. Sözügedən videogörüntülər həmin ərəfədə lentə alınaraq paylaşılıb.