Ermənilər Merdinli kəndindəki qəbiristanlığı dağıdıblar –

Məsciddən tövlə kimi istifadə edilib (FOTOLAR)
01 Mart 2021 - 11:08

Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli rayonunun Merdinli kəndidir.

Merdinli kəndi Köndələnçayın sahilində, düzənlikdə yerləşir. İşğal edilənə qədər burada heyvandarlıq, taxılçılıq və üzümçülük inkişaf etmişdi. 1993-cü ildə ermənilər tərəfindən işğal edilərək dağıdılan kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da azad olunub.

Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən kənddəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb – məzarlar dağıdılıb, məzar daşları uçurulub. (Azərtac)

Merdinli kəndindəki məsciddən və qəbiristanlıqdan fotoları təqdim edirik.