Erməninin Şuşadakı posta atdığı partlayıcı hərbi qulluqçumuzu yaralayıb

13 Noyabr 2021 - 11:36

3 noyabr tarixində, səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən Şuşa şəhəri yaxınlığındakı postda xidmət edən hərbiçilərə qarşı törədilən terror aktı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “Twitter” səhifəsində bildirilib.