Ermənistan hələ də Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir- PREZİDENT

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir.

Bu barədə Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.

“Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”, – müraciətdə vurğulanıb.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Ukrayna müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşları var