Ermənistan məktəblərində “Rus dili” əsas fənlər siyahısından çıxarılır
Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan dillər siyahısından çıxarılaraq, xarici dil statusuna keçiriləcək.
Bu dəyişiklik tətbiq olunan yeni təhsil standartlarına uyğun olaraq aparılacaq.
Artıq orta ümumtəhsil müəssisələrində sözü gedən dilin tədris saatları azaldılıb. Belə ki, 4-9-cu siniflərdə bu dil həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq(apa).
