Ermənistan Prezidenti Armen Sarkisyan istefasından 3 saat əvvəl Baş nazir Nikol Paşinyana zəng edib.
Bu barədə Paşinyan keçirdiyi onlayn mətbuat konfransında bildirib. Baş nazir deyib ki, o, Sarkisyandan bunun son qərar olub-olmadığını soruşub: “Mən məsələni müzakirəyə çıxarmağa cəhd etdim. O isə bildirdi ki, artıq qərarını verib”.
Baş nazir əlavə edib ki, dövlət başçısının Konstitusiya ilə bağlı fikirlərini şərh etmək niyyətində deyil. Çünki özü bu posta gəldikdən bəri əsas qanunda prezidentin səlahiyyətlərinə dəyişiklik edilməyib.
Paşinyan deyib ki, prezidentin istefası barədə etdiyi müraciətində bəzi izahları nəzərə alır, amma onlara şərh verməyə luzum görmür.
Baş nazir deyib ki, yeni prezidentə namizədin kim olacağını hələ müzakirə etməyiblər.