“Ermənistan tərəfinə necə etibar edə bilərik?”-

Hikmət Hacıyev tvit atdı
18 Oktyabr 2020 - 12:41

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi açıq şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bombalamaq üçün qırıcılardan istifadə edib”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistan tərəfinə necə etibar edə bilərik?”, – o əlavə edib.