“Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (CQDY, “Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsi) Ermənistan və Azərbaycan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq.
“Sputnik Armenia”nın məlumatına görə, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında bildirib.
“Dəmir yolunun bərpası ilə bağlı mütəmadi olaraq ikitərəfli əlaqələrimiz olacaq, çünki infrastrukturun operatoru CQDY-dir. “Rusiya Dəmir Yolları” bu sahədə dünyanın ən ciddi təşkilatlarından biridir”, – M. Qriqoryan qeyd edib