Ermənistan xairici işlər naziri səlahiyyətlərini icra etmiş Ara Ayvazyan istefasının səbəbini açıqlayıb.
Azpost.info bildirir ki, A.Ayvazyan XİN əməkdaşları ilə vida görüşündə bu barədə açıqlama verib. O deyib ki, XİN-in milli maraqların əleyhinə olan təşəbbüsləri dəstəkləmək şübhəsindən qaçmaq üçün bu addımı atıb.
“Mən çox çətinliklə bu addımı atdım. İstefam bu səbəbdəndir. Dövlət maraqlarının əleyhinə yönəlmiş təşəbbüslərin XİN-in dəstək verdiyinə dair heç bir şübhə qalmasın”-deyə Ayvazyan vurğulayıb.