Ermənistan Xankəndinə 10 ton humanitar yükün maneəsiz aparıldığnı etiraf edib

Ermənistan Laçın yolu ilə Xankəndinə maneəsiz şəkildə humanitar yük göndərdiyini etiraf edib.

Azpost.info bildirir ki, bu barədə “Sputnik Armenia”ya “Qırmız Xaç”ın Ermənistan üzrə nümayəndəliyinin rəhbəri Zara Amatuni deyib.

“”Qırmızı Xaç”ın yük maşınları Laçın dəhlizi ilə 10 ton humanitar yükü aparıb”-deyə o bildirib.

Onun sözlərinə görə, humanitar yük dərmanlardan, uşaq qidalarından və zəruri tibbi ləvazimatlardan ibarə olub. Yardımı Ermənistan hökuməti təqdim edib.

Qırmızı Xaç bu yüklərin daşınması üçün nəqliyyat verib və yükü dəhliz vasitəsi ilə aparıb.

 

 

Əvvəlki məqalə

“ABŞ Ukraynaya “Patriot” versə hamısını vuracağıq” –

Sonrakı məqalə

Sabah Peterburqda İlham Əliyev və Paşinyan görüşəcəkmi? –