Ermənistan xarici işlər nazirinin müavini də istefa verib

31 May 2021 - 16:28

Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan vəzifəsindən istefa verib.

Azpost.info bildirir ki, bu barədə XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib. Qalaçyan istefa ərizəsini mayın 27-də yazsa da bu gün təqdim edib. Bu, Paşinyanın sərhəddə gərginliyin tənzimlənməsi üçün təklif etdiyi plandan sonra baş verib.

Məlumata görə, XİN-də daha 3 nazir müavini istefa ərizəsini yazıb.