Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

21 Sentyabr 2020 - 10:27

Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.