Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Ermənistana verilən “Sezar” Azərbaycan üçün legitim hədəf sayılır” –

User 26 İyun 2024 - 10:53 (Last updated: 21 May 2025 - 20:15)
Sezar

“Biz müharibə şəraitində olduğumuz üçün hazırda Ermənistana gətirilən istənilən silah-sursat, hərbi texnika Azərbaycan üçün legitim hərbi hədəf sayıla bilər. Buna görə də düşünürəm ki, Ermənistanın hansısa formada silahlandırılması Azərbaycanın nəzarəti, diqqəti altında olmalıdır”.

Azpost.info bildirir ki, bu sözləri “Xalq qəzeti”nə açıqlamasında sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Paris və İrəvan arasında “Sezar” özüyeriyən artilleriya qurğularının alqı-satqısına dair imzalanmış sazişi şərh edərkən bildirib.

Ş.Ramaldanov vurğulyaıb ki, ən böyük səbəb Ermənistan və Azərbaycan arasında hələ də sülh müqaviləsinin imzalanmaması, müharibə şəraitində olmağımızdır. Atəşkəs rejimi hələ müharibənin bitməsi demək deyil.

Hərbi ekspert qeyd etdi ki, iki ölkə arasında hələlik sərhədin 12 km-lik hissəsi delimitasiya və demarkasiya olunub. Qalan hissə şərti sərhəd sayılır. Şərti sərhəd sayıldığı üçün həm qarşı tərəf, həm də biz sərhəddə yox, mövqelərdə, səngərlərdə dayanmışıq.

Ekspertin sözlərinə görə, Azərbaycan dövləti çox əsaslı, haqlı olaraq və hərbi yanaşmalardan irəli gələrək bu silahlandırmanın qarşısını almaq üçün müəyyən addımlar atmaqdadır. Hələlik bu addımlar diplomatiya sahəsində atılır: “Ancaq əgər ölkəmizə qarşı hansısa təhlükə yaranarsa, hətta üçüncü ölkələrin ərazisində də bu təhlükənin qarşısını almaq üçün real tədbirlər görməyə beynəlxalq hüquq normaları imkan verir. Bu gün də Azərbaycanla müharibə şəraitində olduğu üçün Ermənistana böyük və ya kiçik, zəif, yaxud güclü silahların verilməsi ölkəmizə təhlükə mənbəyidir”.

Özüyeriyən “Sezar” artilleriya qurğularının xarakteristikasına gəldikdə isə Ş.Ramaldanov bildirdi ki, ümumiyyətlə, Fransa silahları silah bazarında o qədər də tələb olunan silahlar sayılmır. “Sezar”a gəldikdə isə onun uzunluğu 18 metr, ekipajı 4-5 nəfərdir. Mərminin kalibri 155 millimetr, vuruş məsafəsi adi mərmilərlə 40 km, reaktiv mərmilərlə isə 55 km-dir. Fransanın zirehli maşınları kimi özüyeriyən artilleriya haubitsası da daha çox düzənlik ərazilərdə istifadə üçün istehsal olunub. Çünki Fransanın koloniyaları Afrikada yerləşdiyi və oralar daha çox düzənlik ərazi olduğu üçün Fransa dağlıq ərazilərdə döyüş aparmağa yararlı silah istehsalında o qədər də maraqlı deyil. “Bastion” zirehli texnikası kimi “Sezar” haubitsalarının da Ukraynada gedən döyüşlərdə intensiv istifadəsinə dair məlumatlar yoxdur.

“Sezar”ın bir ədədinin 5 milyon avro olduğunu qeyd edən Ş.Ramaldanov bunun prinsip etibarilə baha olduğunu vurğuladı. Halbuki, silah bazarında eyni tipli özüyeriyən haubitsaları, demək olar ki, iki dəfə ucuz əldə etmək mümkündür: “Düzdür, bu özüyeriyən haubitsaların dağlıq şəraitdə hərəkət etmək imkanları məhdud olsa da, atəş açdıqda peykdən idarə olunduğu zaman hədəfləri dəqiq vura bilir. Buna görə “Sezar” dəqiq vuran haubitsalar sırasındadır. Ümumiyyətlə, “Sezar” haubitsaların orta nəslinə aid silahdır. 2002-ci ildən etibarən Fransa ordusunun arsenalına daxil edilib”.

Azpost.info

Post navigation

Previous: “Azərbaycandan sülh sazişi ilə bağlı yeni təkliflər almışıq”
Next: Müəllimlər üçün MİQ imtahanlarının vaxtı açıqlandı

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.