Ermənistanda baş hərbi müfəttiş və müavinləri işdən çıxarılıb

18 Noyabr 2019 - 13:41

Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi və onun iki müavini vəzifələrindən azad ediliblər.

APA-nın “sputnik armenia”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qərara əsasən, Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi Movses Akopyan və onun iki müavini – Vaçaqan Nersisyan və Kamo Koçunç işdən çıxarılıblar.

Xatırladaq ki, M. Akopyan baş hərbi müfəttiş vəzifəsinə ötən ilin may ayında təyin edilib.