Ermənistanda koronavirusa yoluxanların sayı 10 524 nəfərə çatıb-

170 nəfər ölüb
03 İyun 2020 - 11:07

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 515 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 10 524, xəstəlikdən ölənlərin sayı isə 170 nəfərə çatıb.

Koronavirusa yoluxan 3454 nəfər sağalıb.